Ərdoğanın andiçmə mərasiminin yayımını “Azərspace-1”gerçəkləşdirib

Hazırda oxunan: Ərdoğanın andiçmə mərasiminin yayımını “Azərspace-1”gerçəkləşdirib

53555
TRT kanalı Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən baş tutmuş andiçmə mərasiminin yayımını milli peykimiz “Azərspace-1”dən istifadə etməklə gerçəkləşdirib. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) Moderator.az-a verilən məlumata görə, ümumilikdə, “Azərkosmos”un Türkiyə yayım bazarında göstərdiyi xidmətlər bir çox uğurlu layihələrin həyata keçməsinə yol açıb. Türkiyənin bir çox məşhur kanalında yayımlanan proqramlar “Azerspace-1” peykinin resurslarından istifadə edərək ekranlara gəlir.

Peykin xidmətlərindən xüsusilə idman proqramlarının yayımında geniş istifadə olunur. “LigTV” kanalında nümayiş olunan futbol və basketbol oyunlarını, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə kuboku, bu ilin 25 avqust tarixində baş tutmuş “Fənərbahçe”-“Qalatasaray” final maçı “Azərspace-1” peykinin tutumlarından istifadə olunmaqla yayımlanıb.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin