Bir neçə marşrut avtobusunun hərəkət qrafiki dəyişdirilib - FOTO

Hazırda oxunan: Bir neçə marşrut avtobusunun hərəkət qrafiki dəyişdirilib - FOTO

53421
 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt ərazisində işləyən sərnişin avtobuslarının hərəkət qrafikində baş verən dəyişikliklərlə bağlı məlumat yayıb.

Mərkəzdən  verilən məlumata görə, 6 sərnişin xətt avtobusun istiqaməti dəyişdirilib.
 
Belə ki, başlanğıc marşrutu Y.Qasımov küçəsi 58, son nöqtəsi C.Naxçıvanski adına hərbi məktəb olan 23 saylı sərnişin avtobusunun son nöqtəsi Laçın Ticarət Mərkəzi,  başlanğıcı “Xətai” metro stansiyası, son nöqtəsi Biləcəri dəmir yolu stansiyası olan 90 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun başlanğıc nöqtəsi Fizuli meydanı, başlanğıc nöqtəsi “Elmlər Akademiyası” metro stansiyası, son nöqtəsi Həzi Aslanov metro stansiyası istiqamətində hərəkət edən 95 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun başlanğıc nöqtəsi Fizuli Meydanı, başlanğıc nöqtəsi “Nərimanov” metro stansiyası, son nöqtəsi Maştağa qəsəbəsi B.Bağırov küçəsi olan 131 saylı sərnişin avtobusunun başlanğıc nöqtəsi “Ulduz” metro stansiyası, başlanğıc nöqtəsi Maştağa qəsəbəsi Həsən bəy Zərdabi küçəsi, son nöqtəsi Sabunçu dəmiryol stansiyası olan 168 saylı sərnişin avtobusunun başlanğıc nöqtəsi Albalılıq, başlanğıc nöqtəsi “Qara Qarayev” metro stansiyası, son nöqtəsi Pirşağı qəsəbəsi olan 173 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun başlanğıc nöqtəsi “Ulduz” metro stansiyası olaraq dəyişdirilib.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin