Dövlət Vergi Xidməti yeni çat-bot tətbiqi hazırladı

Hazırda oxunan: Dövlət Vergi Xidməti yeni çat-bot tətbiqi hazırladı

52926

Dövlət Vergi Xidməti tərəfindən “DVX bot” adlı çat-bot tətbiqi hazırlanıb.

Bizim.Media Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, “DVX bot” vasitəsilə vergiödəyicilərinə xidmət mərkəzlərinin ünvanları barədə məlumat almaq, həmin mərkəzlərə onlayn növbəyə yazılmaq, kalkulyator vasitəsilə hesablamalar aparmaq və borc barədə məlumat almaq mümkündür.

Növbəti mərhələdə göstərilən xidmətlər üzrə tələb olunan sənədlər, müraciətlərin icra müddətləri, bəyannamələrin təqdim edilməsi vaxtı, bəyannamələrin tərtib edilməsinə dair aktual məsələlər, vergilər üzrə ümumi məlumatlar, vergilərin ödənilməsi qaydası, müddətləri və s. bu kimi vətəndaşları ən çox maraqlandıran və ən çox verilən suallar üzrə məlumatların yerləşdirilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, “DVX bot” xidmət mərkəzləri və borc barədə məlumat, onlayn növbə, kalkulyator, həmçinin “Mənə yazın” xidmətini təqdim edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin