Energetika Nazirliyində videokonfrans formatında növbəti kollegiya iclası keçirilib.
Bizim.Media quruma istinadən xəbər verir ki, iclas kollegiyanın sədri, nazir Pərviz Şahbazovun rəhbərliyi ilə baş tutub.
İclasın gündəliyi təsdiq edildikdən sonra Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsinin paylayıcı elektrik şəbəkələrinin istismar vəziyyətinin yaxşılaşdırılması, təchizatın davamlılığının təmin edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülmüş tədbirlər və qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənilib.
Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iclas iştirakçılarının sualları cavablandırılıb.
Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bir daha diqqətə çatdıran kollegiya sədri bu istiqamətdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi üçün tapşırıqlar verib.
Agentliyin fəaliyyət istiqamətləri haqqında cəmiyyətin məlumatlandırılması tədbirlərinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
İclasda, həmçinin “Energetika Nazirliyinin Kollegiyasının 2022-ci il üçün İş Planı” layihəsi nəzərdən keçirilib, rəy və təkliflər səsləndirilib. Təkliflərin layihədə nəzərə alınması şərti ilə İş Planının təsdiq edilməsinə dair qərar qəbul edilib.
İclasda kollegiya üzvləri ilə yanaşı nazirliyin, həmçinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin digər əməkdaşları da iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:41 / 28.12.2021
Energetika Nazirliyinin Kollegiyasının gələn il üçün İş Planı TƏSDİQLƏNDİ
Hazırda oxunan: Energetika Nazirliyinin Kollegiyasının gələn il üçün İş Planı TƏSDİQLƏNDİ
Hazırda oxunan: Energetika Nazirliyinin Kollegiyasının gələn il üçün İş Planı TƏSDİQLƏNDİ
52813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.