Türkiyə-Azərbaycan arasında Naxçıvanla bağlı memorandum imzalanacaq

Hazırda oxunan: Türkiyə-Azərbaycan arasında Naxçıvanla bağlı memorandum imzalanacaq

5271

Bu gün Türkiyə və Azərbaycan arasında Naxçıvana təbii qazın tədarükünə dair anlaşma memorandumu imzalanacaq.

Energetika Nazirliyindən Bizim.Media-ya məlumata görə, Memorandum Türkiyə-Naxçıvan qaz xəttinin tikintisi məsələsini əhatə edir.

Qeyd edək ki, Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti hələ yayda İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib. Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin