Moderator.az-a müraciət edən S. Daşdəmirova Azərbaycan Beynəlxalq Bankının öz səhmdarlarına ciddi maddi zərər vurduğunu, ancaq səlahiyyətli orqan və şəxslər tərəfindən bu “siyasət”in səbəblərinin araşdırılmadığını və ölçü götürülmədiyini bildirib.
O, 2009-cu ilin III rübündən az miqdarda səhm üçün bazar qiymətinə 53 qəpikdən cəmi 3180 manat pul ödəmiş, indi isə səhmin gerçək qiymətinin təxminən 20 qəpiyə düşdüyü ucbatından bu yatırımın gələcək perspektivinin hələ də qaranlıq qaldığından narahatdır. Bəzi məlumatlara görə, vaxtilə ABB-nın 1 səhminin bazar qiyməti hətta 3 dollara yaxınlaşıbmış. İldə də səhmdara 48%-ə yaxın (məsələn, 1440 manatlıq səhmə 700 manata yaxın) divident ödənilirmiş. Məlumdur ki, səhmin o cür yüksəlişi bankın iqtisadi göstəriciləri ilə bağlı idi.
Səhmdarın dediyinə görə, “2009-cu ilin III rübündən etibarən bir neçə il səhmdarlara divident verilməmiş, son üç ildə isə illik nominal qiymətin 4-5% -i dəyərində (1440 manatlıq səhmə 50-60 manat arasında) divident ödənilməyə başlamışdır.
Doğrudur, 2009-cu ildə böhran amili özünü göstərirdi. Ancaq digər banklarda gəliri əvəz edərək səhmin sayını artırdılar (məsələn “Dəmir bank” ”“da vəbaşqa banklarda) nağd pul defisiti ilə bağlı. Bizdə isə böhran illəri üçün ümumən cəmi 1 səhmə 4 qəpik artım var. Səhmdarların bu sıxıntıya salınmasında məsuliyyət bank rəhbərini üzərinə düşür. Çünki dövlət özü ən azı sosial təminat təyinatlı ödənişləri bu bank vasitəsilə həyata keçirməklə, ABB-yə dəstək verir və verməkdədir. Ölkədə böhran da çoxdan ötüşdüyü bəllidir. Deməli, subyektiv faktorların təsirindəndir ki, səhmi 3 dollara qaldırıb sonra 20 qəpiyə salanlar sadəcə bir məntiqə fikir vermək istəmirlər ki, nə səbəbə vətəndaş 3180 manat pulu bankda əmanət kimi 10%-ə qoymayıb (bu halda illik 318 manat gəlirindən vaz keçib), iqtisadi yüksəliş müşayət olunan bir müəssisəyə vəsait yatırdı (tutalım, öncə öz maraqları baxımından, ancaq dolayısıyla həm də ölkə iqtisadiyyatı baxımından)?..
Deməli səhmdarın zərərə uğraması, vətəndaşın dövlətə güvəni bu işbazları maraqlandırmır! Elə isə dövlət öz vətəndaşının maraqlarını qorumalıdır. Yoxsa məhkəməyəmi baş vuraq? Deyəsən bizə başqa yol buraxmadılar...”































































































