Avropa bazarlarında təbii qaza olan yüksək qiymətlər gələn il də yer alacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” treyderlərə istinadən xəbər verir.
Məlumata görə, qaz qiymətləri bu həftə rekord səviyyədən aşağı düşüb, lakin treyderlər Avropadakı böhranın 2023-cü ilin yazından tez bitməyəcəyi qənaətindədirlər.
Qeyd olunur ki, forvard müqavilələri (məcburi müddətli müqavilə - red.) qazın 2022-ci ilin ortalarının isti günlərində belə baha olacağını göstərir.
Xatırladaq ki, ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təxminən 1 261,9 ABŞ dolları təşkil edib, bu da öncəki hesablama qiyməti (1 550 dollar) ilə müqayisədə 18,5% azdır.
Dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:45 / 25.12.2021
Avropada enerji böhranı 2023-cü ildə bitəcək - PROQNOZ
Hazırda oxunan: Avropada enerji böhranı 2023-cü ildə bitəcək - PROQNOZ
Hazırda oxunan: Avropada enerji böhranı 2023-cü ildə bitəcək - PROQNOZ
52440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.