Bu məhsulların Azərbaycana idxalına məhdudiyyət qoyuldu

Hazırda oxunan: Bu məhsulların Azərbaycana idxalına məhdudiyyət qoyuldu

52185

Fələstinin Tubas əyalətində dabaq, Polşanın Varminsk-Mazursk inzibati ərazisində, Fransanın Oksitaniya regionunda və İsveç Krallığının Skane inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bizim.Media Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, ölkə ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə sözügedən bölgələrdən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin