Türkiyədən alınan daha 150 sərnişin avtobusu Bakıya gətirildi

Hazırda oxunan: Türkiyədən alınan daha 150 sərnişin avtobusu Bakıya gətirildi

52132

Bakıda sərnişindaşıma vəziyyətini yaxşılaşdırmaq məqsədilə Türkiyədən alınan daha 150 sərnişin avtobusu Bakıya gətirilib.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyə Respublikasının BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən, yeni alınan avtobusların 150 ədədi paytaxta gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yeni avtovus xətti AÇILDI - RƏSMİ


"Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və Avro 6 standartına uyğun avtobusların hamısı 12 metrlikdir. Yaxın vaxtlarda müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların istehsalçı şirkət tərəfindən şəhərimizə çatdırılması prosesinə başlanılacaq.

Avtobus parkının yenilənməsinə paralel sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatəsinin genişləndirilməsi işləri də davam etməkdədir. Cari ildə ümumilikdə 578 avtobus BakıKart-a inteqrasiya edilib.
 

Vətəndaş müraciətləri və gündəlik təhlillərin nəticəsi əsas götürülməklə 42 marşrut xətti optimallaşdırılıb, 7 müntəzəm marşrut xətti yenilənib, 14 yeni marşrut xətti təşkil edilib.


İl ərzində ictimai nəqliyyat infrastrukturunun yenilənməsi də diqqətdə saxlanılıb. Belə ki, 270-ə yaxın yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib.

Müntəzəm marşrut xətləri üzrə avtobuslarla səyahət edənlərin sayı ötən illə müqayisədə 11 % artıb. Marşrut şəbəkəsində ümumi dövriyyənin 49 %-nin şəffaflaşdırılması da görülən tədbirlərin əsas nəticələrindəndir. Hazırda gündəlik olaraq 800 minə yaxın sərnişin ictimai nəqliyyatda nağdsız ödənişdən istifadə edir", - məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin