Gələn ilin sonuna bazarda neft təklifinin azalması və gözlənilən defitsitin fonunda "qara qızıl" bir barel üçün 62 ABŞ dollarına qədər bahalaşa bilər.
Bizim.Media TASS-a istinadən verdiyi məlumata görə, bunu "Saxo Bank"ın əmtəə bazarları strategiyası şöbəsinin müdiri Ole Hansen söyləyib.
O. Hansen son zamanlar "Brent" markalı neftin qiymətinin 50 dolları ötdüyünü və 2021-ci ildə də artımın davam edəcəyini qeyd edib.
Onun sözlərinə görə, bu tendensiya xüsusilə dünyada koronavirusa qarşı kütləvi peyvəndləmə prosesinin başlana biləcəyi fonunda ilin ikinci yarısında daha gözə çarpan olacaq. Peyvəndlərin effektiv olduğu sübut edilərsə, neftə olan gündəlik tələbat 100 mln. bareli üstələyə bilər. Belə halda, gələn ilin sonuna "Brent"in bir bareli 62 dollaradək bahalaşa bilər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:16 / 14.12.2020
2021-ci ildə neftin qiyməti 62 dolları keçə bilər
Hazırda oxunan: 2021-ci ildə neftin qiyməti 62 dolları keçə bilər
Hazırda oxunan: 2021-ci ildə neftin qiyməti 62 dolları keçə bilər
5209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.