İrandan Azərbaycana gətirilən duz istehlaka yararsız çıxdı

Hazırda oxunan: İrandan Azərbaycana gətirilən duz istehlaka yararsız çıxdı

51968

İrandan idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
 

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Babayeva Kəmalə Telman qızı tərəfindən İrandan Azərbaycana idxal olunan 134 ton “Co.kasra bolor arya” şirkətinə məxsus duz məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.


Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin