Millət vəkili qiymətlərin hansı səbəbdən artdığını açıqladı - FOTO

Hazırda oxunan: Millət vəkili qiymətlərin hansı səbəbdən artdığını açıqladı - FOTO

51934

“Bu gün ərzaq qıtlığı bütün dünyada ən prioritet məsələdir. Təsadüfi deyil ki, bu baxımdan qiymətlərin artımı nəzərə çarpır. Azərbaycan höküməti ərzaq təhlükəsizliyinin dayanıqlılığını təmin etmək məqsədilə ölkədə kənd təsərrüfatının, heyvandarlığın inkişaf etdirilməsi istiqamətində əməli addımlar atır.

Ölkə başçısının tapşırığı ilə aqrar sahəyə ayrılan vəsaitlər, qoyulan investisiyalar öz bəhrəsini verməkdədir. Bu görülən işlər arasında alimlərimiz apardıqları elmi işlərin və araşdırmaların xüsusi yeri olmalıdır”. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun 90 illik yubileyində çıxışı zamanı verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət büdcəsi haqqında qanun layihəsi plenar iclasa göndərildi - MİLLİ MƏCLİS


Onun sözlərinə görə, bir vaxtlar ölkəmizə xeyli sayda cins heyvanlar gətirildi ki, onların da bəziləri Azərbaycanın iqlim şəraitinə uyğun gəlmədi.

“Heyvandarlıq çox ağır və diqqət tələb edən sahədir. Bu gün ölkəmizin şəraitinə uyğun yeni cins heyvan növlərinin yetişdirilməsi məhz alimlərimizin üzərinə düşür. Ümidvaram ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yaradılan yüksək şərait və alimlərimizin potensialı kənd təsərrüfatının bu vacib qolunun inkişafında böyük rol oynayacaq”, - deyə millət vəkili yekunlaşdırıb.

Məqsəd Rəhimov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin