Azərbaycanda növbəti DEVALVASİYA? - Dollarla depozitlərin azalmasına Ekspertdən CAVAB

Hazırda oxunan: Azərbaycanda növbəti DEVALVASİYA? - Dollarla depozitlərin azalmasına Ekspertdən CAVAB

51926

Mərkəzi Bankın məlumatına görə, Azərbaycan banklarına yerləşdirilmiş depozitlərin 50,99%-i xarici valyutada olub. 

Xüsusilə də, dollarla depozitlərin həcmində ötən illərlə müqayisədə ciddi azalma müşahidə olunur.

Belə ki, cəmi depozitlərin bu ilki göstəricilərdən daha aşağı dollarlaşması sonuncu dəfə 2014-cü ilin dekabrında olub (49,89%).

Bəs, dollarla depozit qoyuluşunun bu qədər azalmasına səbəb nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bəzi kommersiya bankları dollar satışını dayandırdı - KİV


Sualı Bizim.Media üçün cavablandıran bank məsələləri üzrə ekspert Əkrəm Həsənov dollara depozit qoyuluşunun azalmasının səbəblərindən danışıb:

“Dollarla depozitin azalmasının əsas səbəbi, sözügedən valyuta ilə bağlı banklarda faiz dərəcələrinin xeyli aşağı olmasıdır. Bəzi bankalarda bu rəqəm 1%-dən belə aşağıdır. Bu isə əmanətçilərin maraqlarına uyğun deyil. Belə olan halda isə, dollarla depozit qoyuluşu xeyli azalıb”.

Ekspertin sözlərinə görə, dollarla depozit qoyuluşunun azalması uzunmüddətli prosesin nəticəsidir:

“Banklar dollarla kredit verə bilmədiyinə görə, bu valyuta ilə vəsaitlərin cəlb olunmasında da maraqlı deyillər. Çünki banklar əmanətçilərdən dollarla vəsaitləri cəlb etsə belə, bundan istifadə edə bilmirlər. Əvvəllər dollarla vətəndaşlara və sahibkarlara kredit vermək mümkün idi. Lakin indi qanunvericiliyə görə, vətəndaşlara dollarla kredit vermək olmaz. Sahibkarlar isə devalvasiya riskini nəzərə alaraq dollarla kredit götürməkdən imtina edirlər”.

Əkrəm Həsənov dollarla olan depozitlərin azalmasının devalvasiya ilə heç bir əlaqəsinin olmadığını da qeyd edib.

Murad Əhmədov, Bizim.Media 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin