Paytaxt sənayesində özəl sektorun payı 83,8 faiz oldu

Hazırda oxunan: Paytaxt sənayesində özəl sektorun payı 83,8 faiz oldu

51898

2021-ci ilin yanvar-noyabr aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 39,2 milyard manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən  bildirilib.

Qeyd olunub ki, sənaye məhsulunun 76,4 faizi mədənçıxarma, 20,6 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. 

Sənayedə qeyri-dövlət sektorunun payı 83,8 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8 faiz olub. 
 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 306,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. 


Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74,2 milyon manat məbləğində digər məhsullar da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin