Azərbaycanda nağdsız ödənişlərin həcmi 230 milyon manata yaxınlaşdı

Hazırda oxunan: Azərbaycanda nağdsız ödənişlərin həcmi 230 milyon manata yaxınlaşdı

51789

2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə bu ilin yanvar-noyabr aylarında həyata keçirilən ödənişlərin sayı 97 min, həcmi isə 228 mln. manat olub.

Bizim.Media-nın Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə noyabrda 29 mln. manatlıq ani ödəniş həyata keçirilib ki, bu da oktyabr ayı ilə müqayisədə 3,3% azdır.

Xatırladaq ki, AÖS-ün "AniPay" mobil tətbiqinin funksionallığının genişləndirilməsi davam edir və "QR kod" nağdsız ödəniş imkanı bu il yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin