Əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri noyabr ayında 1.9% (167.1 mln. manat) artaraq 8,880.9 mln. manat təşkil edib (tarixi maksimum səviyyə).
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bildirilib ki, əmanət portfelinin 59.3%-i (5,267.7 mln. manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 8.9 faiz bəndi azalaraq 41.9% təşkil edib.
2021-ci ilin yanvar-noyabr aylarında banklar 614.1 mln. manat xalis mənfəət, 883.9 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
İlin əvvəlinə nəzərən cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı noyabr ayında 1.4 faiz bəndi azalaraq 4.7% təşkil edib. Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1.6 faiz bəndi, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 2.7 faiz bəndi azalıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:22 / 21.12.2021
Əhalinin banklardakı pulunun MƏBLƏĞİ
Hazırda oxunan: Əhalinin banklardakı pulunun MƏBLƏĞİ
Hazırda oxunan: Əhalinin banklardakı pulunun MƏBLƏĞİ
51754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.