Rusiya Türkiyə, Misir və İrandan bəzi meyvə-tərəvəz məhsullarının idxalını dayandırıb.
Bizim.Media “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un pərakəndə satıcılara dekabrın 15-də yazdığı məktubda qeyd edilib.
Portağal, üzüm, naringi, nar, limon və bibərin tədarükü məhdudlaşdırılıb. Eyni zamanda, tərəvəz və meyvələrə tam qadağadan söhbət getmir, qadağa yalnız bir neçə xarici müəssisənin məhsullarına aiddir.
Tətbiq edilən məhdudiyyətlərə səbəb müəyyən edilən pestisidlərdən zəhərlənmə riski olub. Həmçinin mağazalara rəflərdəki tərəvəz və meyvələri yığışdırmaq da tapşırılıb.
Eyni zamanda, Çində bəzi fabriklərdə istehsal olunan şokoladlı yumurta, qarğıdalı əriştəsi, vermişel və çips də qadağan edilib. Laboratoriya testləri nəticəsində DNT nümunələrində geni dəyişdirilmiş qarğıdalı və soya aşkar edilib.
Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, qadağa tədarükdə fasilələrə və qiymət artımına səbəb olmayacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:04 / 20.12.2021
Rusiya Türkiyədən məhsul idxalını məhdudlaşdırdı - SƏBƏB
Hazırda oxunan: Rusiya Türkiyədən məhsul idxalını məhdudlaşdırdı - SƏBƏB
Hazırda oxunan: Rusiya Türkiyədən məhsul idxalını məhdudlaşdırdı - SƏBƏB
51602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.