Bu ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 21,478 mlrd. manat təşkil edib.
Bizim.Media-nın Bakı şəhəri Statistika İdarəsinin məlumatlarına istinadən verdiyi məlumata görə, bu 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,3% çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6% artaraq 11,059 mlrd. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2% artaraq 10,419 mlrd. manata bərabər olub.
İstehlak məhsullarının 36%-i hüquqi şəxs statuslu müəssisələrdə, 44,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,2%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:38 / 20.12.2021
Bakının ticarət dövriyyəsi 5%-dən çox artdı
Hazırda oxunan: Bakının ticarət dövriyyəsi 5%-dən çox artdı
Hazırda oxunan: Bakının ticarət dövriyyəsi 5%-dən çox artdı
51582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.