Azərbaycanda istehsal məqsədilə əsas vəsaitlərin və mal-materialların idxalı, ət və süd məhsullarının istehsalçıları üçün vergi güzəştlərinin tətbiqi təklif olunub.
Bizim.Media Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, təklif Xidmətin təşkilatçılığı ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlarla onlayn görüşü zamanı səsləndirilib.
Səsləndirilən təkliflər sırasına həmçinin təsərrüfat subyektinin uçotu, elektron qaimə-fakturanın tərtibi və riskli vergi ödəyicilərinin meyarları da daxil olub.
Yerli məhsul istehsalında sahibkarların qarşılaşdıqları çətinliklər ətrafında müzakirələr aparılıb.
Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, emal məhsulları ilə bağlı nəzərdə tutulan güzəştlər diqqətə çatdırılıb, sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:02 / 20.12.2021
Ət və süd istehsalçıları üçün vergi güzəştlərinin tətbiqi təklif olundu
Hazırda oxunan: Ət və süd istehsalçıları üçün vergi güzəştlərinin tətbiqi təklif olundu
Hazırda oxunan: Ət və süd istehsalçıları üçün vergi güzəştlərinin tətbiqi təklif olundu
0:00
0:00
51558
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.