İranın Azərbaycanla ticarət dövriyyəsində AZALMA - Ən çox hansı məhsullar ixrac edilib?

Hazırda oxunan: İranın Azərbaycanla ticarət dövriyyəsində AZALMA - Ən çox hansı məhsullar ixrac edilib?

0:00
0:00
51294

Cari İran ilinin 8 ayı (21 mart -21 noyabr 2021) ərzində İranın Azərbaycanla ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 3%, çəki baxımından 22% azalıb.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, qeyd olunan müddətdə İranın Azərbaycanla ticarət dövriyyəsi təxminən 365 milyon dollar dəyərində, 571 min ton təşkil edib. Halbuki, bu rəqəm ötən ilin analoji dövründə 376 milyon dollar dəyərində, təxminən 733 min ton olub.

Lətifi əlavə edib ki, qeyd olunan müddətdə İran Azərbaycana təxminən 336 milyon dollar dəyərində 554 min ton məhsul ixrac edib.

Məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 6,9%, çəki baxımından 22% azalıb. Ötən ilin analoji dövründə İran Azərbaycana təxminən 361 milyon dollar dəyərində 713 min ton məhsul ixrac edib.

Onun sözlərinə görə, İranın Azərbaycana ixrac etdiyi məhsulları əsasən ərzaq, kənd təsərrüfatı məhsulları, dəmir, tikinti materialları və geyim təşkil edib.

“8 ayda Azərbaycan İrana 29,1 milyon dollar dəyərində 17 min ton məhsul ixrac edib. Məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından təxminən 87% artıb, çəki baxımından 13,2% azalıb. Belə ki, ötən ilin analoji dövründə Azərbaycan İrana 15,6 milyon dollar dəyərində 19,6 min ton məhsul ixrac edib”, - deyə o bildirib.

Lətifi Azərbaycanın İrana əsasən avadanlıqlar və ehtiyat hissələri, mobil telefon, xam ipək, tökmə avadanlıqları və sıxılmış soya ixrac etdiyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin