Neft 380 dollara qədər bahalaşacaq - “Lukoyl”dan DRAMATİK PROQNOZ

Hazırda oxunan: Neft 380 dollara qədər bahalaşacaq - “Lukoyl”dan DRAMATİK PROQNOZ

51150

“Dünya yüksək inflyasiya səbəbindən 2050-ci ilə qədər neft qiymətlərində “dramatik artım”la üzləşə bilər”.

Bizim.Media-nın məlumata görə, bunu "Lukoil" şirkətinin vitse-prezidenti Leonid Fedun “Dünya energetikasının 2050-ci ilə qədər inkişaf perspektivləri” hesabatının təqdimatında deyib.

MÖVZU İLƏ BAĞLI:

“Lukoyl” “Şahdəniz” layihəsində operator olmağa cəhd etməyəcək


Şirkətin hesablamalarına görə, dünyada neft istehlakı 2030-cu ilə qədər sabit olacaq. Bunun ardınca Avropada, 2035-ci ildən isə ABŞ və Çində istehlakın kəskin azalması müşahidə olunacaq.

Birinci ssenari üzrə inflyasiya və istehsalçılar üçün emissiya kvotalarının tətbiqi nəzərə alınmaqla, qiymət bir barel üçün 128 dollara çatacaq. İkinci üçün - 197 dollar, üçüncü üçün isə bir barel üçün 380 dollar olacaq. Hər üç ssenaridə qiymət artımında əsas payı inflyasiya tutur.

Eyni zamanda, L. Fedun qeyd edib ki, neftə olan tələbat mövcud layihələr hesabına ödənilməyəcək: 

"Sənayeyə çox az sərmayə qoyulur. Neft sənayesinə az sərmayə qoyulması neftin qiymətinin kəskin artmasına səbəb ola bilər".
Fedun qeyd edib ki, ehtiyatların işlənməsinə və istehsalına az sərmayə qoyulması problemi davam edərsə, sonuncu ssenari 2050-ci ilə qədər reallaşa bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin