Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 16% artırıb

Hazırda oxunan: Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 16% artırıb

51130

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 81,1 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% azdır.

Bizim.Media-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-noyabr aylarında günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 51 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+15,9%).

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 23 509,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,9% çoxdur.

İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-noyabr aylarında 22 789,8 mln. kVt-saat təşkil edib (+8,3%).

Hesabat dövründə ölkədə istehsal edilən elektrik enerjinin 21 494,8 mln. kVt-saat istilik (+7,9%), 1 162,9 mln. kVt-saat su elektrik (+18%) stansiyaların payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin