Daha 3 şirkətə Rusiyaya alma və pomidor satmağa icazə verildi

Hazırda oxunan: Daha 3 şirkətə Rusiyaya alma və pomidor satmağa icazə verildi

51032

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın 3 müəssisəsinə alma və pomidor tədarükünə icazə verib.

Bizim.Media “Rosselxoznadzor”un saytına istinadən xəbər verir ki, onlar sabahdan ixraca başlaya bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan Rusiyaya ilk “Aqroekspress” yola salındı


Sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.

Beləliklə, bu gün Azərbaycanda 214 müəssisənin və 1 kooperativin Rusiyaya pomidor, 79 müəssisənin isə alma ixrac etmək üçün icazəsi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin