“Azərbaycanın bölgədə tamamilə yeni imkanları açılacaq” – Rusiya Baş nazirinin müavini

Hazırda oxunan: “Azərbaycanın bölgədə tamamilə yeni imkanları açılacaq” – Rusiya Baş nazirinin müavini

50949

Azərbaycan Asiya və Avropa bazarlarını birləşdirmək üçün tamamilə yeni imkanlara malik ola bilər.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən “İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda KONFRANS: Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakirə edilir


“Biz burada birlikdə işləyə və birgə uğur qazana bilərik. Rusiyanın Azərbaycana sərmayələri 4,5 milyard dollara, Azərbaycanın isə Rusiyaya sərmayələri 1,5 milyard dollara çatıb. Rusiya biznesi Azərbaycanda işləməkdə maraqlıdır və dəmir yollarının inkişafı və yaradılması, bərpa olunan enerji mənbələrinin, yüksək texnologiyalı müəssisələrin, logistikanın inkişafı üçün yaxşı perspektivlər var. İndi bizim qarşımızda Şimal-Cənub və Qərb-Şərqi birləşdirmək üçün yeni imkanlar açılıb. Bütün Avrasiya İqtisadi Birliyi (Aİİ) regionu burada qalib gələ bilər”, - Rusiya baş nazirinin müavini qeyd edib.

Overçuk həmçinin bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində fəal iş aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin