Azərbaycan Ukrayna ilə bu sahədə əməkdaşlığa dair memorandum imzaladı – FOTO

Hazırda oxunan: Azərbaycan Ukrayna ilə bu sahədə əməkdaşlığa dair memorandum imzaladı – FOTO

50925

Dövlət Miqrasiya Xidməti ilə Ukraynanın Dövlət Miqrasiya Xidməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair onlayn formatda Anlaşma Memorandumu imzalanıb.

DMX-dən Bizim.Media-ya verilən məlumata görə, sənədi Dövlət Miqrasiya Xidmətinin rəisi, II
dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov və Ukrayna Dövlət Miqrasiya Xidmətinin sədri Nataliya Naumenko imzalayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna və Türkiyə birgə PUA istehsal edəcək


Memorandum iki dövlətin miqrasiya, sığınacaq və vətəndaşlıq sahəsində əməkdaşlığın hüquqi bazasını genişləndirməklə, miqrasiya proseslərinin tənzimlənməsini, sığınacaq sahəsində institusional əlaqələrin inkişafını, məlumat mübadiləsinin intensivləşdirilməsini, qabaqcıl təcrübə mübadiləsi istiqamətində fəaliyyəti özündə ehtiva edir.
 

Anlaşma Memorandumunun imzalanması tədbirində həmçinin mümkün əməkdaşlıq məsələlərinə toxunulub, birgə fəaliyyətin Azərbaycanda yaradılması nəzərdə tutulan Miqrasiya üzrə Regional Təlim Mərkəzinin işinə töhfə verəcəyi qeyd edilib.


Onlayn təşkil olunan tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndəsi, DMX-nin aidiyyəti idarələrinin əməkdaşları və Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin