Azərbaycan qaz ixracını kəskin artırdı

Hazırda oxunan: Azərbaycan qaz ixracını kəskin artırdı

50914

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 31 592,5 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 20,2% çoxdur.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, qaz nəqlinin 50,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
 

Belə ki, hesabat dövründə bu kəmərlə 15 922,9 mln. kubmetr qaz ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 44,4%-lik artım).


Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib.

Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür. Lakin hazırda qaz kəməri vasitəsi ilə Cənub Qaz Dəhlizi çərçivəsində "mavi yanacaq" Avropaya da yönəldilir.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin