500 manatadək uduşlar gəlir vergisindən azad edilir - TƏFƏRRÜAT

Hazırda oxunan: 500 manatadək uduşlar gəlir vergisindən azad edilir - TƏFƏRRÜAT

50808

Fiziki şəxslərin lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə etdiyi 500 manatadək uduşlar gəlir vergisindən azad edilir.

Bizim.Media xəbər verir ki, bu, Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər də gəlir vergisindən azad olunur.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hazırda lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin