Bu gün səhər hərraclarında neftin qiyməti davamlı olaraq azalıb.
Bizim.Media xəbər verir ki, “Brent” markalı neftin fevral fyüçersləri 1,04 faiz ucuzlaşaraq 72,93 ABŞ dollarından, “WTI” markalı neftin yanvar fyüçersləri də 1,23 faiz ucuzlaşaraq 69,86 dollardan satılıb.
Xatırladaq ki, ötən gecə Amerika Neft İnstitutu (API) dekabrın 3-10 müddətində ölkədə neft ehtiyatlarının 815 min barel azaldığını açıqlayıb.
Halbuki ekspertlər 2,6 milyon barellik azalma gözləyirdilər. Ehtiyatların həcmi barədə rəsmi açıqlama bu gün veriləcək.
Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr ayında ABŞ və OPEC+ ölkələrində tələbat artımı nəticəsində dünyada neft hasilatının tələbatı üstələcəyi barədə proznozu da bazardakı qiymətlərə təsirsiz ötüşməyib.
“Bu artım 2022-ci ildə də davam edəcəyi üçün ABŞ, Kanada, Braziliya neft hasilatını, görünür, ən yüksək həddə çatdıra biləcəklər ki, nəticədə 2022-ci ildə qeyri-OPEC+ ölkələrində gündəlik neft hasilatının həcmi 1,8 milyon barel artacaq”, – qurumun açıqlamasında qeyd olunur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:37 / 15.12.2021
Dünya bazarında "qara qızıl" ucuzlaşdı
Hazırda oxunan: Dünya bazarında "qara qızıl" ucuzlaşdı
Hazırda oxunan: Dünya bazarında "qara qızıl" ucuzlaşdı
50732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.