Azad edilən ərazilərdə bərpa işlərinə cəlb edilən ölkələr - SİYAHI - FOTO

Hazırda oxunan: Azad edilən ərazilərdə bərpa işlərinə cəlb edilən ölkələr - SİYAHI - FOTO

50498

Bu gün Heydər Əliyev Mərkəzində "İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov azad edilən ərazilərimizdə genişmiqyaslı quruculuq-bərpa işlərinə start verildiyini deyib.

O, bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməkdə olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azad edilən ərazilərdə vergi güzəştləri tətbiq ediləcək


“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi.

Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar.

Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib", - deyə A.Ələkbərov vurğulayıb.
 

Prezidentin köməkçisi qeyd edib ki, Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşası da nəzərdə tutulur.


Sonra Avstriyanın “Wehdorn Architekten” şirkətinin icraçı direktoru Manfred Vehdornun videomüraciəti olub.

O, işğaldan azad olunan ərazilərdəki bərpa işlərinin kompleks şəkildə həyata keçirildiyini və bərpa işlərini bu bölgəyə yenidən həyatın qayıtması kimi səciyyələndirib.
Daha sonra tədbir digər çıxışlarla davam etdirilib. Bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin