Prezident İlham Əliyevin 10 dekabr sərəncamında qeyd olunan məsələlərdən biri "müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad olunan ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi"dir.
Əmək miqrasiyası kvotasının təkmilləşdirilməsi deyiləndə nə nəzərdə tutulur? Bununla gələcəkdə əcnəbilərin ölkəyə axını artacaqmı?
İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya özəl açıqlamasında əvvəlcə xatırladıb ki, işaldan azad olunan torpaqlarda gedən təmir-tikinti işlərində kifayət qədər xarici şirkətlər var.
MÖVZU İLƏ BAĞLI:
Azad edilən ərazilərdə bərpa işlərinə cəlb edilən ölkələr - SİYAHI - FOTO
Ekspertin sözlərinə görə, sərəncamda qeyd olunan məsələ də çox güman ki, bununla bağlıdır:
“Söhbət tək aşağı kvalifikasiyalı işçi qüvvəsindən yox, ümumiyyətlə işçilərin sayından və tərkibindən gedir. Çox güman ki, əsas məsələ yerli mütəxəssislərin, yəni Azərbaycan vətəndaşlarının həmin proyektlərə, layihələrə cəlb olunması üçün hansı kvotaların müəyyənləşdirilməsi, hansı işlərin görülməsi, qanunvericlik aktlarının qəbul olunmasıdır. Çünki kifayət qədər xarici şirkətlər bərpa işlərində layihələr alıblar. Yəqin ki, bundan sonra da olacaq. Orada yerli mütəxəssislərin işə cəlb olunması üçün müəyyən təşviq proqramlarına ehtiyac olacaq. Əsas problem budur və həlli üçün işlər görüləcək”.
Bizim.Media