Bu ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunur ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 %, qeyri neft-qaz sektorunda isə 6,4 % artıb.
ÜDM istehsalının 41,6 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8 %-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 055,3 manata bərabər olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:49 / 13.12.2021
Azərbaycan iqtisadiyyatı 5,3 % böyüyüb - STATİSTİKA
Hazırda oxunan: Azərbaycan iqtisadiyyatı 5,3 % böyüyüb - STATİSTİKA
Hazırda oxunan: Azərbaycan iqtisadiyyatı 5,3 % böyüyüb - STATİSTİKA
50428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.