Respublika üzrə bütün pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Bizim.Media-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10% artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5% artaraq 358 manat təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:57 / 13.12.2021
Bu tarixədək pensiya ödənişi tam yekunlaşdırılacaq
Hazırda oxunan: Bu tarixədək pensiya ödənişi tam yekunlaşdırılacaq
Hazırda oxunan: Bu tarixədək pensiya ödənişi tam yekunlaşdırılacaq
50416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.