Azərbaycanda mobil rabitə sektorunun gəlirləri azaldı

Hazırda oxunan: Azərbaycanda mobil rabitə sektorunun gəlirləri azaldı

50376

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 893,9 mln. manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 mln. manat və ya 6,3% artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,4%-ni təşkil edib.

Bu ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi 3,1 mln. manat və ya 3,6% azalıb. Noyabrda 83,6 mln. manat dəyərində gəlir əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin