İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edib.
Bizim.Media xəbər verir ki, tender qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi ilə bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
Dövlət xətti ilə ipoteka kreditləşməsi 44 % artıb
İddiaçılar ilkin sənədləri yanvarın 6-sı, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 14-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi yanvarın 17-də, saat 10:00-da Portalda açıqlanacaq.
Qeyd edək ki, tenderdə iştirak haqqı 50 manatdır.
Bizim.Media