Xəbər verdiyimiz kimi Rusiya Azərbaycanın iki məhsuluna, pamidor və almanın ölkəsinə gətirilməsinə qadağa qoyub. Qadağanın səbəbi kimi Azərbycandan idxal olunan məhsullarda cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlandığı qeyd olunur.
Problemin ölkəmizin iqtisadiyyatına təsirləri olacaqmı? Hazırda vəziyyət necədir, problemin çözülməsi çox vaxt aparacaqmı?
Mövzunu Bizim.Media- ya şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktor müavini Ramil Hüseyn düşünür ki, Rusiyanın Azərbaycandan pomidor və alma idxalına qoyduğu qadağının qısa müddətli olacaq.
MÖVZU İLƏ BAĞLI:
Rusiyadan Azərbaycan məhsullarına embarqo qoyması ilə bağlı AÇIQLAMA
Rusiya yenə “pomidorla vurdu”
Ekspert bildirir ki, indiyə kimi bir neçə dəfə idxalçı ölkələrin Azərbaycanın ixrac məhsulları ilə bağlı iradları olub və qısa müddətdə həll edilib. Ona görə bunun da ümumi iqtisadiyyatı təsiri müzakirə ediləcək səviyyədə olmayacaq.
Ramil Hüseyn onu da bildirir ki, yaranmış hazırkı vəziyyət qarşıdakı müddətdə Azərbaycan məhsullarının ixracı üçün alternativ bazar axtarışının sürətləndirəcək.
Rusiya olmazsa Azərbaycan bu iki məhsulunu hansı ölkələrə ixrac edə bilər sualına cavabı isə direktor müavini belə izah edib:
“Son illər Azərbaycandan Almaniya, Polşa, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Estoniya, Latviya, İraq, Gürcüstan, Macarıstan kimi ölkələrə də az miqdarda da olsa pomidor ixracı reallaşdırılıb. Həmçinin ötən il Azərbaycandan Ukraynaya, İran, Qazaxıstana, Türkmənistana, Türkiyəyə, Malayziyaya alma ixrac olunub. Növbəti mərhələdə bu ölkələrə sözügedən məhsulların ixracının artırılması məsələsinə baxmaq lazımdır”.
Məlumat üçün qeyd edək ki, bu ilin 10 ayı ərzində Azərbaycandan Rusiyaya 173 milyon ABŞ dolları dəyərində 160 min ton pomidor və 21 milyon ABŞ dolları dəyərində 51 min ton alma ixrac olunub.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə də əlaqə saxladıq. Agentlikdən isə bildirdilər ki, AQTA rəhbərliyi Rusiyanın müvafiq qurumunun rəhbər şəxsləri arasında məsələ geniş şəkildə müzakirələr aparır. Problemin qısa vaxtda çözüləcəyinə ümid edilir.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:20 / 11.12.2020
Ramil Hüseyn: “Rusiyanın qadağası yeni bazar axtarışını sürətləndirəcək”
Hazırda oxunan: Ramil Hüseyn: “Rusiyanın qadağası yeni bazar axtarışını sürətləndirəcək”
Hazırda oxunan: Ramil Hüseyn: “Rusiyanın qadağası yeni bazar axtarışını sürətləndirəcək”
4992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.