Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır

Hazırda oxunan: Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır

0:00
0:00
49734

"Büdcə Məcəlləsinin hazırlanması üzərində iş gedir".

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

S.Şərifov bildirib ki, millət vəkillərinin də tövsiyələrinə uyğun olaraq Büdcə Məcəlləsi hazırlanır və bu, müəyyən vaxt aparacaq.

“Hazırda isə Vətən müharibəsində qazanılan Zəfərin yaratdığı reallıqlar və müasir dövrün çağırışları kontekstində, o cümlədən mövcud qanunvericiliyə uyğun təklif olunan bu dəyişikliklərin qəbulu aktualdır”, - deyə nazir qeyd edib. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin