İşğaldan azad edilmiş ərazilərdə qoruqlar birləşdiriləcək – PLAN HAZIRLANIB

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə qoruqlar birləşdiriləcək – PLAN HAZIRLANIB

49623

İşğaldan azad edilmiş ərazilərdə 4 yasaqlığın və iki qoruğun statusunun dəyişdirilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin planları var.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi Departamentinin direktor müavini Rəşad Allahverdiyev “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa şəhəri ilə bağlı qərar: Sərhədlər təsdiqləndi


Onun sözlərinə görə, planların həyata keçirilməsində məqsəd uzun illər düşmən tapdağı altında olan ərazilərə vətəndaşların gedilməsini asanlaşdırmaqdır:

"Həmin ərazilərin daha əlçatan olması üçün qoruqların, yasaqlıqların birləşdirilməsi gündəmdədir. Bu da ondan irəli gəlir ki, həmin ərazilər barəsində vətəndaşlar daha məlumatlı olsunlar. İşğaldan azad edilmiş ərazilərdə müşahidə edilən flora və fauna bu gün digər milli parklarda və qoruqlarda nadir hallarda var".

Qeyd edək ki, seminar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Qlobal Ekologiya Fondu tərəfindən təşkil olunub.

Azərbaycanın xüsusi mühafizə idarəsinin əraziləri sistemi hazırda ölkənin 10,3 %-ini əhatə edir və 10 dövlət təbiət qoruğu, 10 Milli Park və 23 Dövlət Təbiət Yasaqlığını əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin