Beynəlxalq kredit reytinqi təşkilatı"Fitch Ratings" 2021-ci ilə dair qlobal iqtisadi artım proqnozunu 6%-dən 5,7%-ə endirib.
Bizim.Media "Fitch"in "Qlobal İqtisadi Proqnozlar" Hesabatının dekabr sayına istinadən xəbər verir ki, dünya iqtisadiyyatının bu il 5,7% və 2022-ci ildə 4,2% artmasının gözlənildiyi qeyd edilib.
"Fitch", sentyabr ayında açıqladığı proqnozlarda qlobal iqtisadiyyatın 2021-ci ildə 6%, 2022-ci ildə isə 4,4% artacağını nəzərdə tutmuşdu.
Hesabatda, aşağı istiqamətli dəyişikliyə baxmayaraq qlobal iqtisadiyyatın 2021-ci il üzrə artım proqnozunun 1973-cü ildən bu yana ən sürətli artım nisbəti olduğu, qlobal iqtisadiyyatının "staqflyasiyadan" çox uzaqda olduğu qeyd edilib.
2021-ci il üçün iqtisadi artım proqnozu ABŞ iqtisadiyyatı üzrə 6,2%-dən 5,7%-ə, Avro Bölgəsi üzrə 5,2%-dən 5%-ə endirilib.
"Fitch"in hesabatında Çin iqtisadiyyatının 2021-ci ildə 8% və 2022-ci ildə isə 4,8% böyüməsinin gözlənildiyi bildirilib.
Avropa Mərkəzi Bankının (ECB) faiz nisbətlərinin 2023-cü ilə qədər sabit qalacağının gözlənildiyi qeyd edilib.
ABŞ dollarının daha da güclənməsinin gözlənildiyinə diqqət çəkilən hesabatda, daha güclü bir dollar və daha zəif Çin iqtisadi artımının 2022-ci ildə əmtəə qiymətləri üzərində təzyiq yarada biləcəyi, inkişaf edən ölkə iqtisadiyyatları üzərindəki təzyiqi artıra biləcəyi qeyd edilib.
Bizim.Media