Bakı-Tbilisi-Qars dəmir yolu ilə bu il 21 minə yaxın konteyner daşınıb

Hazırda oxunan: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bu il 21 minə yaxın konteyner daşınıb

49486

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə konteyner daşımları kəskin artıb".

Bizim.Media xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament rəisi Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, əgər dəmir yolu xəttinin istismara verildiyi 2017-ci ildə onunla 307 konteyner daşınmışdısa, bu ilin 11 ayında bu rəqəm 20 526 konteyner olub.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir.

Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin