Rusiyanın bu şəhərindən Azərbaycana taxıl tədarük edildi

Hazırda oxunan: Rusiyanın bu şəhərindən Azərbaycana taxıl tədarük edildi

0:00
0:00
49477

Bu ilin əvvəlindən Rusiyanın Krasnoyarsk vilayətindən Azərbaycana 1,2 min ton taxıl ixrac edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") yayıb.

Mənbə yazır ki, "Rosselxoznadzor" Krasnoyarsk ərazisi üzrə idarəsi, bu ilin əvvəlindən 191 min tondan çox taxıl, onun emal olunmuş məhsulları və kolza toxumun ixracına nəzarət edib.

Əsas ixrac məhsulları 119 min tonla buğda, 54,1 min tonla kolza və 12,2 min ton yulaf təşkil edib.

Krasnoyarsk taxılının və kolzasının əhəmiyyətli hissəsi Monqolustana (98,8 min ton taxıl və 0,5 min ton kolza), Çinə (15,1 min ton taxıl və 25,8 min ton kolza) ixrac edilib.

Hesabat dövründə Belarusa 27,5 min ton kolza, Qırğızıstana 10,2 min ton taxıl, Qazaxıstana 7,9 min ton taxıl və 0,3 min ton kolza göndərilib.

Bu ilin əvvəlindən ölkədaxili daşınmalar zamanı 1 milyon ton taxıl, onun emal məhsulları, kolza, soya və noxudun monitorinqi aparılıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 26 % çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin