Azərbaycanın aparıcı avtomobil istehsalçısı lizinq şirkətini yaratdı

Hazırda oxunan: Azərbaycanın aparıcı avtomobil istehsalçısı lizinq şirkətini yaratdı

49470

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərmaş Lizinq" MMC-ni dövlət qeydiyyatına alıb.

Bizim.Media Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Azərmaş” ASC ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol, 4-də qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Ramiz Saday oğlu Mehdiyevdir.

Xatırladaq ki, "Azərmaş" 2016-cı ildə yaradılıb, ölkənin aparıcı avtomobil istehsalçıdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus Neftçala Sənaye Məhəlləsində İrandan, Hacıqabul Sənaye Məhəlləsində isə Rusiyadan olan tərəfdaşları ilə birgə fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin