Bu gün Təhsil Nazirliyi və BP şirkəti arasında bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması ilə bağlı əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazir Emin Əmrullayev “Facebook” hesabında məlumat verib.
O bildirib ki, bu əməkdaşlıq çərçivəsində bərpa olunan enerji mənbələri, o cümlədən bu sahədə istifadə olunan texnologiyalar üzrə yerli mütəxəssislərin hazırlanması üçün mühüm təhsil layihəsinin reallaşdırılması nəzərdə tutulur.
“Bu məqsədlə Böyük Britaniya universitetlərindən biri ilə tərəfdaşlıqda yerli ali təhsil müəssisəsində yeni magistr proqramı yaradılacaq. Bərpa olunan enerji sahəsi üzrə mütəxəssislərin hazırlanması ölkəmizin Milli Prioritetlərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə nazir vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:15 / 06.12.2021
Bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılır - FOTO
Hazırda oxunan: Bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılır - FOTO
Hazırda oxunan: Bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı yaradılır - FOTO
49353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.