Aşqabad və Tehran qazını Qərbə niyə Azərbaycandan ötürmək qərarına gəldi? – Vüqar Bayramovdan ŞƏRH

Hazırda oxunan: Aşqabad və Tehran qazını Qərbə niyə Azərbaycandan ötürmək qərarına gəldi? – Vüqar Bayramovdan ŞƏRH

49317

“Türkmənistan, İran və Azərbaycan arasında mavi yanacaq ilə bağlı anlaşmanın imzalanması Xəzəryanı ölkələrin enerji sahəsində əməkdaşlıq baxımından vacib addımlardan biridir”. 

Bizim.Media-ya açıqlamasına bu sözlərlə başlayan millət vəkili Vüqar Bayramovun fikrincə, son anlaşma həm də enerji sahəsində ölkələrin daha sistemli, vahid siyasət həyata keçirməsi apektindən də qiymətləndirilir.
 

MÖVZU İLƏ BAĞLI:

İran nüvə danışıqlarının son raundunda mövqeyini sərtləşdirdi - Dövlət Departamenti


Deputat əlavə edib ki, Azərbaycanla Türkmənistan “Dostluq” yatağının birgə işlənməsi ilə əlaqədar anlaşma imzalayıb. Hətta “Dostluq” yatağında əldə olunan gəlirin bölüşdürülməsi də razılaşdırılıb:

“İndiki halda isə qazla bağlı anlaşmanın imzalanması həm də Azərbaycanla İran arasında enerji sahəsindəki əməkdaşlığın bərpasına gətirib çıxaracaq. Türkmənistan üçün mavi yanacağın diversifikasiyası (çoxtərəfli inkişaf, müxtəliflik), xüsusən də, Şərqə deyil, Qərbə nəqli baxımından yeni imkanlardır. Və təbii ki, növbəti etapda Türkmənistanın mavi yanacağını Qərbə nəql etməkdə maraqlı olacağı gözlənilir.

“Dostluq” yatağında olan qazın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql edilməsi də müzakirə olunurdu.

Ona görə də, bu, region üçün enerji məhsullarının ixracı baxımından yeni bir yanaşmadır. Eyni zamanda, gələcəkdə ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinə, həmçinin qeyri-enerji sektorunda əməkdaşlığın formalaşması və inkişafına imkan yaradacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin