İşğaldan azad olunmuş ərazilərdə işləyən bu insanlara vergi güzəştləri ediləcək

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə işləyən bu insanlara vergi güzəştləri ediləcək

49307

“Gələn ildən başlayaraq, işğaldan azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək Vətən müharibəsi iştirakçılarına, şəhid ailəsi və əlil statusu almış şəxslərə bir sıra digər vergi güzəştləri də veriləcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktik konfransda səsləndirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlara) vergi güzəştləri və tətillərinin, habelə sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı təkliflər hazırlanır.

Nazir müavini qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsini və investisiya cəlbediciliyinin artırılmasını, optimal güzəştlərin hazırlanmasını və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılmasını əhatə edən layihələr üzərində işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin