“Yevlax Pilot Aqropark”ın 103 mln. manatlıq layihə dəyərinin 74 mln. manatı özəl, 29 mln. manatı dövlət investisiyasıdır”.
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Aqroparklara nə qədər özəl investisiya ayrılıb? – Mikayıl Cabbarov məbləği açıqladı
“2.855 hektar ərazinin 1.147 hektarında 100 ailə-fermer təsərrüfatı yaradılacaq, 1.133 hektarında yemlik bitkilər və şəkər çuğunduru əkiləcək, 210 hektarda isə kommunikasiya xətləri çəkiləcək və mühafizə zolaqları salınacaq. Aqroparkda 500 nəfər daimi, 1.000 nəfər mövsümi işlə təmin ediləcək”, - deyə nazir vurğulayıb.
Bizim.Media