Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Müşahidə Şurasının (MŞ) tərkibinin təsdiq edilməsi və Natiq Əmirovun Şuranın sədri təyin edilməsi haqqında” 6 noyabr 2017-ci il tarixli, ASK-nın MŞ üzvlərinin təyin edilməsi haqqında 10 iyun 2019-cu il tarixli, ASK-nın MŞ üzvlərinin təyin edilməsi haqqında 16 aprel 2020-ci il tarixli sərəncamlarını ləğv edib.
Bizim.Media xəbər verir ki, sərəncama əsasən, Prezidentinin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin olunub.
Müşahidə Şurasının üzvləri sırasına İnam Kərimov (Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri), Mikayıl Cabbarov (Azərbaycan Respublikasının iqtisadiyyat naziri), Samir Şərifov (Azərbaycan Respublikasının maliyyə naziri), Xalid Əhədov (Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi) və Elman Rüstəmov (Azərbaycan Respublikası Mərkəzi Bankının sədri) daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:45 / 04.12.2021
Prezidentdən “Azərbaycan Sənaye Korporasiyası” barədə SƏRƏNCAM
Hazırda oxunan: Prezidentdən “Azərbaycan Sənaye Korporasiyası” barədə SƏRƏNCAM
Hazırda oxunan: Prezidentdən “Azərbaycan Sənaye Korporasiyası” barədə SƏRƏNCAM
49053
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.