Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası və sosial sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədilə yeni layihəyə - “Əlil sahibkarlara dəstək” layihəsinə start verilib.
Bizim.Media xəbər verir ki, layihə çərçivəsində əlilliyi olan və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər xalçaçılıq, dərzi, foto və video operator, məişət və elektron avadanlıqların təmiri istiqamətlərində peşə biliklərinə yiyələnəcəklər.
Bu məqsədlə layihənin tərəfdaşları tərəfindən iştirakçılar üçün peşə təlimləri, biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək.
Müvafiq təlimləri uğurla bitirən şəxslərə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlar veriləcəkdir.
Dekabrın 3 - Beynəlxalq Əlillər Günündə “Əlil sahibkarlara dəstək” layihəsi ictimaiyyətə təqdim olunub. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, əlilliyi olan şəxslər və sahibkarlar iştirak ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmməd Vəliyev tədbirdəki çıxışlarında layihənin sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, sosial cəhətdən həssas qrupların əmək bazarına çıxışına dəstək olacağını qeyd ediblər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:47 / 03.12.2021
“Əlil sahibkarlara dəstək” layihəsinə start verildi - FOTO
Hazırda oxunan: “Əlil sahibkarlara dəstək” layihəsinə start verildi - FOTO
Hazırda oxunan: “Əlil sahibkarlara dəstək” layihəsinə start verildi - FOTO
0:00
0:00
48898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.