“Hərbə daha çox vəsaitin ayrılması arzuedilən deyil”

Hazırda oxunan: “Hərbə daha çox vəsaitin ayrılması arzuedilən deyil”

48877

Azərbaycanda hərbi sektora külli miqdarda vəsaitin sərf edilməsi ölkənin müdafiə qüdrətini artırsa da, bunca vəsaitin təhlükəsizlik məqsədi ilə xərclənməsinə münasibət heç də birmənalı deyil. Bəzi iqtisadçılar hesab edir ki, hərbə ayrılan vəsaitin həcminin azaldılması, iqtsiadiyyatın inkişafına daha böyük vəsaitin ayrılması ölkə maraqlarına daha çox cavab verir. 

Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov isə hesab edir ki, hərbə daha çox vəsaitin ayrılması iqtisadi inkişafın imkanlarını azaltsa da, indiki halda məlum siyasətdən imtina etmək mümkünsüzdür:

“Hərbə daha çox vəsaitin ayrılması arzuedilən deyil. Amma nəzərə alsaq ki, Azərbaycan Ermənistanla konfiliktdədir və Ermənistan Rusiya tərəfindən praktik olaraq silahlandırılır, bu baxımdan hərbi sektora böyük vəsaitlərin ayrılması qaçılmazdır. Hərbi xərclərin artırılmasının psixoloji təsiri də var və bu, danışıqlara da öz təsirini göstərən amildir. Avropada xərclər rəqəmlərlə deyil, faiz göstərici isə müəyyən edilir. Azərbaycanda dövlət büdcəsinə gəlirlər 25 milyarddan çoxdur. Bu baxımdan Azərbaycan hərbi xərclərə ayırdığı vəsaitlər Avropadakı standartlar çərçivəsindədir. Əgər müharibə olmasaydı hərbə ayrılan vəsaitləri iqtisadiyyatın müxtəlif sektorlarına yerləşdirmək, ondan daha səmərəli istifadə etmək mümkün olardı. Lakin təəssüf ki, bu, indiki halda mümkünsüzdür”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin