Gözlənilən QƏRAR - Nağdsız pul köçürmələrinin rüsumu ləğv olundu

Hazırda oxunan: Gözlənilən QƏRAR - Nağdsız pul köçürmələrinin rüsumu ləğv olundu

48659

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC bəzi maliyyə xidmətlərində dəyişiklik edib.

Bizim.Media “Azərpoçt”a istinadən xəbər verir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə müvafiq olaraq “Universal poçt rabitəsi xidmətləri” istisna olmaqla digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir.

Yeni qərara əsasən artıq poçt filialı və şöbələrində cari hesabın açılması pulsuz həyata keçirilir. Eyni zamanda ölkədaxili pul köçürmələrinin faiz dərəcəsi aşağı endirilərək 1% təşkil edib və qeyri-nağd əməliyyatlar üzrə mübadilə rüsumu ləğv olunub.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin tabeliyində olan poçt məntəqələrində cari hesabın açılması ilə yanaşı, hesab üzrə qalıq və hesab üzrə dövriyyə barədə elektron çıxarış pulsuzdur.

Əlavə edək ki, ölkədaxili pul köçürmələrinin tariflərinin yüksək olması ilə bağlı ciddi narazılıqlar mövcud idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin