Azərbaycan bir ayda karbamid ixracından 20 milyon dollar qazandı – Kəskin artım

Hazırda oxunan: Azərbaycan bir ayda karbamid ixracından 20 milyon dollar qazandı – Kəskin artım

48527

Azərbaycanın karbamid ixracından gəlirləri kəskin artıb.

Bizim.Media İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, ötən ayın qeyri-neft ixracında karbamid ixracı xurmadan sonra ikinci yeri tutub.

Oktyabr ayında karbamid ixracının dəyəri 19,9 milyon dollara bərabər olub. Halbuki ötən ilin oktyabrında bu sahədə ixracın dəyəri cəmi 400 min dollara bərabər olub.

Qeyd edək ki, oktyabr ayının ixracında üçüncü yeri meşə fındığının ixracı tutub. Bu məhsuldan bir ayda ölkəmizə 19,7 milyon dollar vəsait daxil olub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin